Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gəlib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, Nyu-York beynəlxalq hava limanında nümayəndə heyətini Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Tofiq Musayev və digər rəsmi şəxslər qarşılayıblar.
