OPEC+ "yeddiliyi" neft hasilatını sentyabr səviyyəsində saxlayacaq

İqtisadiyyat Materials 6 Sentyabr 2026 17:49 (UTC +04:00)
OPEC+ "yeddiliyi" neft hasilatını sentyabr səviyyəsində saxlayacaq

Bakı. Trend:

Neft hasilatının könüllü azaldılması üzrə öhdəlik götürmüş "OPEC+" ölkələrinin yeddi aparıcı üzvü (Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Küveyt, Oman və Əlcəzair) oktyabr ayında neft hasilatını sentyabr ayındakı səviyyədə saxlamaq qərarına gəlib.

Bu barədə təşkilatın yaydığı məlumatda bildirilir.

Beləliklə, 2026-cı ilin oktyabr ayında Rusiyanın neft hasilatı üzrə kvotası sutkada 9,949 milyon barel, Səudiyyə Ərəbistanının 10,478 milyon barel, İraqın 4,431 milyon barel, Küveytin 2,676 milyon barel, Qazaxıstanın 1,628 milyon barel, Əlcəzairin 1,007 milyon barel, Omanının isə 841 min barel təşkil edəcək. Kompensasiya öhdəlikləri nəzərə alınmadan “yeddilik”in oktyabr ayı üzrə ümumi kvotası sutkada 31,01 milyon bareldir.

Qeyd olunub ki, ölkələr Əməkdaşlıq Bəyannaməsinə tam uyğunluğa nail olmaqla bağlı ümumi öhdəliklərini bir daha təsdiqləyiblər.

“Yeddilik” həmçinin bazarın vəziyyətini təhlil etmək məqsədilə aylıq görüşlər keçirməkdə davam edəcək. Növbəti görüş oktyabrın 4-nə təyin olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti