Tramp Kanadalı dövlət başçısını “qubernator” kimi təqdim edib (FOTO)

Dünya xəbərləri Materials 7 Sentyabr 2026 09:59 (UTC +04:00)
Tramp Kanadalı dövlət başçısını “qubernator” kimi təqdim edib (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karni ilə hokkey oynadığını əks etdirən və Karniyə qubernator deyə müraciət etdiyi karikatura şəkil paylaşıb.

Ağ Ev rəhbərinin “Truth Social” platformasında dərc olunan karikaturada Karni buzun üzərində oturub, yanında olan Tramp isə ona: “Ayağa qalx, qubernator!”, – deyə əmr edir. Bununla da o, Kanadanın baş nazirinin ABŞ ştatlarından birinin rəhbəri olduğunu nəzərdə tutur.

Bundan əvvəl ABŞ prezidenti dəfələrlə Kanadanın ABŞ-nin 51-ci ştatına çevrilməli olduğunu bəyan edib. Üstəlik, o, Kanadada yaşayan bir çox insanın ölkələrinin bu statusda ABŞ-yə qoşulmasının tərəfdarı olduğunu bildirib. Karni də, ondan əvvəl hökumətə rəhbərlik etmiş Castin Trüdo kimi, Kanadanın heç vaxt və heç bir formada ABŞ-nin tərkibinə daxil olmayacağını bəyan edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti