Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 13-ə çatıb

Dünya xəbərləri Materials 5 Sentyabr 2026 13:39 (UTC +04:00)
Şimali Kipr sahillərində gəmi qəzasında ölənlərin sayı 13-ə çatıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Girnədə baş vermiş gəmi qəzasında ölənlərin sayı 13-ə çatıb.

Bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel məlumat verib.

"Tapılan meyitlə birlikdə qəzada həyatını itirənlərin sayı 13-ə çatıb, itkinlərin sayı isə 15-dir”.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətindəki (ŞKTC) Girnə limanı ilə Mersindəki Taşucu limanı arasında səfər edən “Filo Jet” adlı yüksək sürətli sərnişin gəmisi avqustun 30-da Girnədən yola düşdükdən qısa müddət sonra ön hissəsindən su almağa başlayıb və Girnə limanına qayıtmağa çalışdığı zaman batıb.

Batan gəminin qalıqlarının Girnə sahillərində 554 metr dərinlikdə aşkarlandığı bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti