Bakı. Trend:
İsrail ordusu Suriyanın cənubundakı silahsızlaşdırılmış zonaya artilleriya atəşi açıb.
Bu barədə "Əl-Mayadeen" televiziyası məlumat yayıb.
Bildirilir ki, mərmilərin Quneytra əyalətindəki Əl-Rafid şəhəri yaxınlığında düşdüyü qeydə alınıb. Atəş nəticəsində mülki şəxslər arasında itki barədə məlumat verilməyib.
İsrail qüvvələri, həmçinin Dəməşqin cənub-qərbindəki Beyt Cənn şəhərinin kənarında yerləşən Batt əl-Vərda yüksəkliklərinə də zərbələr endirib.
Suriya Xarici İşlər Nazirliyi X-də dərc olunmuş bəyanatda İsrailin hərəkətlərini suverenliyin və 1974-cü ildə imzalanmış Qolan təpələrində İsrail və Suriya qüvvələrinin ayrılması haqqında razılaşmanın kobud şəkildə pozulması kimi qiymətləndirib.