“Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib - Premyer Liqa (VİDEO)

İdman Xəbər 6 Sentyabr 2026 22:09 (UTC +04:00)
“Turan Tovuz” “Sumqayıt”a, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəlib - Premyer Liqa (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Son oyun günündə 2 görüş keçirilib.

Günün ilk matçında “Turan Tovuz” öz meydanında “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 9-cu dəqiqədə “Sumqayıt” açıb. Ronaldo Vaskes fərqlənərək qonaqları önə keçirib. “Turan Tovuz”un cavabı gecikməyib. Jo Batista 20-ci dəqiqədə hesabı bərabərləşdirib və komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar. Meydan sahiblərinə qələbə qazandıran qol ikinci hissədə vurulub. Jorje Silva 60-cı dəqiqədə fərqlənərək “Turan Tovuz”u hesabda önə çıxarıb – 2:1.

Bu qələbə ilə xallarının sayını 7-yə çatdıran Tovuz təmsilçisi 5-ci pilləyə yüksəlib. Xalı olmayan Sumqayıtın eyniadlı klubu sonuncu - 12-cidir.

Turun bağlanış oyununda isə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Qarşılaşmada hesab 8-ci dəqiqədə açılıb. “Qarabağ”ın futbolçusu Joni Montiel fərqlənib. İkinci hissədə Ağdam təmsilçisi üstünlüyünü artırıb. Renaldo Sepas 67-ci dəqiqədə hesabı 2:0 edib. 72-ci dəqiqədə Luka Dumançiç fərqi azaldıb. Bu, “Araz-Naxçıvan”ın cari mövsümdə vurduğu ilk qol olub. 89-cu dəqiqədə Musa Qurbanlı “Qarabağ”ın üçüncü qoluna imza atıb. Qarşılaşmanın 90+3-cü dəqiqəsində isə Ağadadaş Salyanski fərqi yenidən minimuma endirib.

Bu nəticədən sonra “Qarabağ” 9 xalla 3-cü sırada yer alıb. Naxçıvan klubu isə 1 xalla 11-ci pilləni tutur.

Qeyd edək ki, IV turun əvvəlki matçlarında “Qəbələ” “İmişli”yə 2:1, “Şamaxı” “Kəpəz”ə 4:1, “Sabah” “Zirə”yə 5:0, “Neftçi” isə “Şəfa”ya 4:1 hesabı ilə qalib gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti