"Real" səfərdə "Betis"ə uduzdu - İspaniya La Liqası

İdman Materials 5 Sentyabr 2026 01:42 (UTC +04:00)
"Real" səfərdə "Betis"ə uduzdu - İspaniya La Liqası

Bakı. Trend:

İspaniya La Liqasının dördüncü turunun səfər matçında "Real" "Betis"ə 0:1 hesabı ilə məğlub olub.

Matçın 81-ci dəqiqəsində irlandiyalı hücumçu Troy Perrott qolla fərqlənib. 87-ci dəqiqədə "Real"ın ispaniyalı hücumçusu Karlos Espi akrobatik zərbə ilə (üstündən aşırma) topu qapıdan keçirsə də, qol oyundankənar vəziyyətə (ofsayd) görə ləğv edilib. İkinci hissəyə əlavə olunmuş 4-cü dəqiqədə isə "Real"ın fransalı hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib.

Bu, İyun ayında baş məşqçi postuna qayıdan Joze Mourinyonun rəhbərliyi altında "Real"ın ilk məğlubiyyəti olub. Bunadək komanda İspaniya çempionatının startında "Espanyol" (2:1), "Real Sosyedad" (4:1) və "Malaqa"ya (4:0) qalib gələrək ardıcıl üç qələbə qazanmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti