Ötən həftə dünya bazarında neftin qiymətləri artıb: "Azeri Light" 102 dolları keçib - İCMAL

Energetika Materials 5 Sentyabr 2026 16:51 (UTC +04:00)
Ötən həftə dünya bazarında neftin qiymətləri artıb: "Azeri Light" 102 dolları keçib - İCMAL
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Ötən həftə "Azeri Light" (CIF), "Azeri Light" (FOB Ceyhan), "Dated Brent" və "Urals" markalı neftin orta qiymətləri artıb.

Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan "Azeri Light" markalı neftin (CIF) orta qiyməti əvvəlki həftə ilə müqayisədə 9,44 ABŞ dolları və ya 10,2 faiz artaraq 102,19 dollar təşkil edib.

Məlumata görə, həftə ərzində bu markalı xam neftin ən yüksək qiyməti bir barel üçün 104,98 dollar, ən aşağı qiyməti isə 97,61 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 99,30 dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 9,91 dollar və ya 11,1 faiz çoxdur. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 102,19 ABŞ dolları, ən aşağı qiymət isə 94,74 dollar olub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 10,18 dollar və ya 15,5 faiz artaraq bir barel üçün 75,88 dollar təşkil edib. Həftə ərzində maksimum qiymət 70,98 dollar, minimum qiymət isə 78,81 dollar olub.

"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 89,80 dollar təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 8,95 dollar və ya 10 faiz çoxdur. Həftə ərzində bir barelin maksimum qiyməti 101,69 dollar, minimum qiyməti isə 93,96 dollar olub.

Neft/tarix

31.08.2026

1.09.2026

2.09.2026

3.09.2026

4.09.2026

Orta qiymət

Azeri LT CIF

-

$97.61

$101.96

$104.98

$104.20

$102.19

Azeri Light FOB Ceyhan

-

$94.74

$99.21

$102.19

$101.05

$99.30

Urals (EX NOVO)

-

$70.98

$75.48

$78.81

$78.26

$75.88

Dated Brent

-

$93.96

$98.49

$101.69

$100.84

$98.75

Qeyd edək ki, avqustun 31-i Böyük Britaniyada rəsmi istirahət günü olduğundan, bununla əlaqədar neft qiymətləri dərc olunmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti