Bakı. Trend:
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
