"Mən Rafinya deyiləm, qadınam" - Barselona azarkeşləri qadın futbolçunu Rafinya ilə səhv salıblar (FOTO)

Maraqlı Xəbər 4 Sentyabr 2026 04:38 (UTC +04:00)
"Mən Rafinya deyiləm, qadınam" - Barselona azarkeşləri qadın futbolçunu Rafinya ilə səhv salıblar (FOTO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Bir qrup azarkeş “Barselona”nın qadınlardan ibarət komandasının futbolçusu Kerolin Nikolini klubun kişi komandasının futbolçusu Rafinya ilə səhv salıb.

Hadisə klubun məşq bazasının yaxınlığında baş verib. Azarkeşlər futbolçuları çıxışda gözləyiblər. Boz rəngli avtomobil yaxınlaşdıqda fanatlar maşını əhatəyə alaraq Nikolini Rafinya hesab ediblər. Futbolçunu avtomobili saxlayaraq, ondan bir neçə dəqiqə vaxt ayıraraq avtoqraf verməsini və şəkil çəkdirməsini istəyən fanatlardan üzr istəyib.

"Mən Rafinya deyiləm, mən qadınam", – deyə Nikoli "Marca"nın yayımladığı videoda deyib.

Rafinya cari mövsümdə “Barselona”nın heyətində üç oyunda iştirak edib. O, bu matçlarda beş qol vurub və bir məhsuldar ötürmə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti