Bakı. Trend:
"PwC Azərbaycan" Cavid Həsənzadənin "Strategy&" Azərbaycan
praktikasının rəhbəri vəzifəsinə təyin olunmasını məmnuniyyətlə
elan edir.
Cavid strategiya, korporativ maliyyə, sövdələşmələr, qiymətləndirmə
və rəhbər vəzifələrdə 15 ildən artıq peşəkar təcrübəyə malikdir.
Karyerası ərzində o, müxtəlif sahələrdə fəaliyyət göstərən
təşkilatlara məsləhət xidmətləri göstərərək, onlara mürəkkəb biznes
məsələlərinin həllində, transformasiyanın həyata keçirilməsində və
dayanıqlı dəyərin yaradılmasında dəstək olub.
"Strategy&" Azərbaycan praktikasının rəhbəri kimi Cavid
şirkətin strategiya üzrə konsaltinq fəaliyyətinə rəhbərlik edəcək,
müştərilərə inkişaf strategiyalarının müəyyənləşdirilməsi, rəqabət
qabiliyyətinin artırılması və daim dəyişən biznes mühitinə
uyğunlaşmaqda dəstək göstərəcək. Onun məsləhət xidmətləri
sahəsindəki təcrübəsi və liderlik bacarıqları Strategy&-in
müştərilər üçün əhəmiyyətli və dayanıqlı nəticələr əldə etmək
imkanlarını daha da gücləndirəcək.
Bu təyinat "PwC Azərbaycan"ın strateji məsləhət xidmətləri
sahəsində imkanlarını genişləndirmək və təşkilatlara gələcəyi
inamla formalaşdırmaqda dəstək olmaq istəyini bir daha nümayiş
etdirir.
"PwC Azərbaycan" Cavid Həsənzadənin "Strategy&" Azərbaycan praktikasının rəhbəri vəzifəsinə təyin olunduğunu elan edir