Tramp Putinlə görüş üçün əsas şərti açıqlayıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 04:14 (UTC +04:00)
Tramp Putinlə görüş üçün əsas şərti açıqlayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşün yalnız Moskva və Kiyevin Ukrayna üzrə sülh sazişinin əldə olunmasına hazır olduğu mərhələdə keçirilməsini istədiyini açıqlayıb.

Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ lideri Rusiya, Ukrayna və digər ölkələrlə yaxşı münasibətlərin qurulmasında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya geniş ərazilərə və böyük iqtisadi potensiala malik ölkədir. Tramp Moskva ilə münasibətlərin yaxşılaşdırılmasının biznes baxımından da ABŞ üçün əlverişli ola biləcəyini qeyd edib.

“Biz bu görüşü dərhal keçirə bilərdik. Lakin mən görüşün müharibənin sona yaxınlaşdığı bir vaxtda baş tutmasını istəyirəm. Düşünürəm ki, bu da belə olacaq”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti, həmçinin Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında ciddi fikir ayrılıqları və qarşıdurmanın olduğunu bir daha qeyd edib.


Xəbər lenti

Xəbər lenti