ABŞ-də neft ehtiyatları 4,5 milyon barel azalıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 00:21 (UTC +04:00)
ABŞ-də neft ehtiyatları 4,5 milyon barel azalıb

Bakı. Trend:

ABŞ-də kommersiya məqsədilə istifadə olunan neft ehtiyatlarının həcmi avqustun 28-də başa çatan həftə ərzində 4,5 milyon barel azalaraq 424,5 milyon barelə düşüb.

Bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırkı ehtiyat səviyyəsi ilin bu dövrü üzrə son beş ilin orta göstəricisindən 1 faiz yüksəkdir.

Bakı vaxtı ilə saat 22:40-a olan məlumata əsasən, Londonun ICE birjasında 2026-cı ilin noyabrında tədarük olunacaq “Brent” markalı neftin fyuçerslərinin qiyməti 0,76 faiz yüksələrək bir barel üçün 95,37 ABŞ dollarına çatıb.

“WTI” markalı neftin oktyabr fyuçersləri isə 0,6 faiz bahalaşaraq bir barel üçün 90,76 ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti