İran ordusu ABŞ-nin BƏƏ-dəki bazasına hücum etdiyini açıqlayıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 10:20 (UTC +04:00)
İran ordusu ABŞ-nin BƏƏ-dəki bazasına hücum etdiyini açıqlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ordusu ABŞ-nin BƏƏ və Bəhreyndəki hərbi hava bazalarına hücum edib.

Bu, İran ordusunun yayımladığı məlumatda öz əksini tapıb.

“İran ordusu ABŞ-nin İrana hərbi hava hücumlarına cavab olaraq Birləşmiş Ştatların BƏƏ-dəki əl-Zəfrə və əl-Minhad hərbi hava bazalarındakı radar sistemləri və qüvvələrinə onlarla kamikadze Pilotsuz Uçan Aparatla zərbələr endirib”, -deyə məlumatda qeyd olunur.

Bildirilir ki, İran ordusu həmçinin ABŞ-nin Bəhreyndəki “Şeyx İsa” hərbi bazasına çoxlu sayda “Arash” kamikadze PUA-sı ilə hücum edib.

“Yaşayış massivlərinə və toy mərasiminə hücum ABŞ-nin hücumlarının məqsədini əks etdirir və mütləq İran ordusu tərəfindən cavab veriləcəkdir”, -deyə məlumatda bildirilir.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti