ABŞ-nin hücumlarında İranın Kirmanşah vilayətində SEPAH-ın 4 hərbçisi ölüb

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 11:40 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İrana hərbi hava hücumları nəticəsində İranın qərbində yerləşən Kirmanşah vilayətində İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) 4 hərbçisi ölüb.

Bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

“ABŞ ordusunun Kirmanşah vilayətinə hava hücumları nəticəsində SEPAH-ın Hərbi Hava Qüvvələrinin 4 hərbçisi ölüb”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, ötən gecə ABŞ-nin İrana hərbi hava hücumları nəticəsində İranın Xuzistan vilayətində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.

İran tərəfinin bildirdiyinə görə, ABŞ-nin İranın Hörmüzqan vilayətinin Sirik rayonunda toy mərasiminə hava hücumu nəticəsində 70-ə yaxın vətəndaş yaralanıb. Onlardan dördü ölüb.

ABŞ-nin hərbi hava hücumlarına qarşılıq olaraq İran ordusu və İslam İnqilabı Keşikçilər Korpusu Birləşmiş Ştatların BƏƏ, İordaniya, Küveyt, İraqdakı hərbi hava bazalarına hücumlar edib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti