Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından patronlar aşkar edilib (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2026 10:43 (UTC +04:00)
Moskva-Bakı reysi ilə gələn sərnişinin ayaqqabısından patronlar aşkar edilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn Rusiya vətəndaşının əl yükündəki ayaqqabıda 11 ədəd patron aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi nəzarət tədbirləri zamanı sərnişinin əl yükü stasionar rentgen qurğusundan keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunub.

Daha sonra aparılan yoxlama nəticəsində əl yükündə olan ayaqqabının içərisində gizlədilmiş 11 ədəd patron aşkarlanıb.

Ekspertiza zamanı patronların zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli, atəşə yararlı döyüş sursatları olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti