Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək

İdman Materials 2 Sentyabr 2026 22:29 (UTC +04:00)
Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək

Bakı. Trend:

Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də keçiriləcək qarşılaşmanın məkanı dəyişdirilib.

Oyunun ilkin olaraq Gəncə şəhərində keçirilməsi ilə bağlı UEFA-nın müvafiq razılığı alınsa da tərəflər arasında aparılmış əlavə müzakirələr, eləcə də qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin ümumi qiymətləndirilməsi nəticəsində qarşılaşmanın Bakıda keçirilməsi qərara alınıb.

Məkan dəyişikliyi UEFA ilə də razılaşdırılıb.

AFFA-nın rəsmi saytında qeyd olunub ki, məkan dəyişikliyi Gəncə şəhərinin və stadionun qarşılaşmanı qəbul etməyə hazırlığı ilə bağlı deyil və milli komandalarımızın oyunlarının Bakıdan kənarda, ölkənin müxtəlif şəhər və bölgələrində keçirilməsi AFFA üçün bundan sonra da vacib istiqamətlərdən biri olaraq qalacaq.

Xəbər lenti

Xəbər lenti