İranda toy mərasiminin keçirildiyi məkana zərbə nəticəsində yaralanların sayı artıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2026 02:11 (UTC +04:00)

Bakı. Trend:

İranın Sirik şəhərində ABŞ-nin toy mərasiminin keçirildiyi məkana endirdiyi zərbə nəticəsində azı 50 nəfər yaralanıb, daha 4 nəfər isə həlak olub.

Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Moxtar Səlahşur və Hörmüzqan vilayəti qubernatorunun müavini Əhməd Nəfisi məlumat veriblər.

“Hazırda əldə olan məlumata görə, bu hücum nəticəsində 4 nəfər həlak olub, 50 nəfər yaralanıb. Yaralılardan bəzilərinin vəziyyətini nəzərə alaraq, ölənlərin sayının artması ehtimalı var”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti