Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Siyasət Materials 1 Sentyabr 2026 10:52 (UTC +04:00)
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bişkekdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Nazirlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivlərini, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər müntəzəm yüksək səviyyəli dialoqun davam etdirilməsinin və iki ölkə arasında qarşılıqlı faydalı layihələrin irəlilədilməsinin vacibliyini vurğulayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti