ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb

Siyasət Materials 1 Sentyabr 2026 13:07 (UTC +04:00)
ŞƏT sammitinin yekunlarına dair imzalanmış sənədlərin siyahısı açıqlanıb
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bişkek.Trend:

Bu gün Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun sədrliyi ilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının iclasının yekunlarına dair bir sıra sənədlər imzalanıb.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, dövlət başçıları aşağıdakı sənədləri imzalayıblar:

- Şanxay Əməkdaşlıq Təşkilatının 25 illiyinə dair Bişkek Bəyannaməsi;

- 2002-ci il iyunun 7-də imzalanmış Şanxay Əməkdaşlıq Təşkilatının Xartiyasına dəyişiklik və əlavələrin edilməsi haqqında Protokol;

– Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhlükəsizlik sahəsində çağırış və təhdidlərə qarşı mübarizə üzrə Universal Mərkəzi haqqında Əsasnamə;

– Şanxay Əməkdaşlıq Təşkilatının Narkotiklərlə Mübarizə Mərkəzinin İcraiyyə Komitəsi haqqında Əsasnamə;

- 2030-cu ilədək Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin narkotik asılılığı ilə mübarizə üzrə qarşılıqlı fəaliyyət Proqramı;

- 2030-cu ilədək Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sintetik narkotiklərin və onların prekursorlarının yayılmasına qarşı mübarizədə tədbirlərin əlaqələndirilməsi üzrə Proqramı;

– 2026–2028-ci illər üçün Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə qarşılıqlı fəaliyyət Planı;

– Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin biomüxtəlifliyinin qorunması və dayanıqlı idarə olunması üzrə Təşəbbüs;

– 2026–2031-ci illər üçün Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin biomüxtəlifliyin qorunması və dayanıqlı idarə olunması üzrə birgə fəaliyyət Planı;

– 2026–2030-cu illər üçün Şanxay Əməkdaşlıq Təşkilatının “Yaşıl Texnoloji Dəhlizi”nin formalaşdırılması üzrə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əməkdaşlıq Proqramı (elmi-texnoloji əməkdaşlıq);

– 2026–2030-cu illər üçün Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin limanlarının və logistika mərkəzlərinin inkişafı üzrə Fəaliyyət Planı (“Yol xəritəsi”);

– Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində regional məlumatların emalı mərkəzlərinin, hesablama güclərinin yaradılması və süni intellekt sənayesinin inkişafı Konsepsiyası;

– Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyi ilə Afrika İttifaqı Komissiyası arasında qarşılıqlı anlaşma Memorandumunun imzalanması haqqında;

– Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinin tərcümə ilə təminatı haqqında;

- Pakistan İslam Respublikasının Lahor şəhərinin 2026–2027-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatının turizm və mədəniyyət paytaxtı elan edilməsi haqqında;

– “Şanxay Əməkdaşlıq Təşkilatının xoşməramlı səfiri” fəxri adı haqqında Əsasnaməyə dəyişikliklərin edilməsi haqqında;

– Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında;

– Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibinin 2025-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyəti haqqında məruzəsi;

– Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun Şurasının Regional Antiterror Strukturunun 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi;

– Nüvə və fiziki nüvə təhlükəsizliyi naminə çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyannaməsi;

– Enerjiyə qənaət və enerji səmərəliliyi sahəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyanatı;

– Enerji sistemləri sahəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyanatı;

– Ailə institutunun dəstəklənməsi və möhkəmləndirilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyanatı;

– Fövqəladə hallardan zərər çəkmiş dövlətlərə yardım göstərilməsi haqqında Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının Bəyanatı.

Həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Şurasının iclası çərçivəsində aşağıdakı sənədlər imzalanıb:

– 2010-cu il iyunun 11-də imzalanmış Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hökumətləri arasında cinayətkarlıqla mübarizədə əməkdaşlıq haqqında Sazişə dəyişiklik və əlavələrin edilməsi haqqında Protokol;

– Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hökumətləri arasında iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq haqqında Memorandum;

– Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin hökumətləri arasında süni intellekt sahəsində qarşılıqlı fəaliyyət haqqında Memorandum;

– Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin səlahiyyətli qurumları arasında informasiya sahəsində qarşılıqlı fəaliyyət haqqında Memorandum.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti