Sumqayıtda bələdiyyə üzvü idarə etdiyi avtomobillə 45 yaşlı qadını vuraraq öldürüb

Hadisə Materials 1 Sentyabr 2026 13:26 (UTC +04:00)
Sumqayıtda bələdiyyə üzvü idarə etdiyi avtomobillə 45 yaşlı qadını vuraraq öldürüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün saat 13 radələrində şəhərin 49-cu məhəlləsində qeydə alınıb.

İlkin məlumata əsasən, bələdiyyə üzvünün idarə etdiyi avtomobil qadını vurub. Zərbənin təsirindən qadın divara çırpılıb, daha sonra isə avtomobilin təkəri altında qalıb.

Hadisə nəticəsində 45 yaşlı qadın aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti