Bakı. Trend:
İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişə (NPT) üzv olduğuna görə, bu sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirir.
Bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran NPT-yə üzv olduğuna görə, sazişdə qeyd olunan öhdəlikləri yerinə yetirməyi özünə borc hesab edir. İranın nüvə silahları ilə əlaqədar mövqeyi dəyişməz və prinsipial olub”, - deyə o qeyd edib.
Bəqai əlavə edib ki, İranın qənaətincə, nüvə silahları ən dağıdıcı kütləvi qırğın silahları olaraq bəşəriyyət və sivilizasiyaya qarşıdır.
“Lakin bu sazişin etibarlı tərəflərindən biri olan və nüvə silahına sahib ABŞ cavabdeh olmalıdır. Çünki NPT öhdəliklərini yerinə yetirdiyi halda İrana hücumlar edilib”, -deyə o qeyd edib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
