Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2026 19:36 (UTC +04:00)
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Kəlbəcərin dağlıq ərazilərində itkin düşmüş şəxslərlə bağlı operativ-axtarış tədbirlərinin işıqlandırılması davam etdilir.

Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, Murovdağ istiqamətində itkin düşmüş şəxslərlə bağlı sahə üzrə axtarış və yoxlama tədbirləri xüsusilə mürəkkəb şəraitdə həyata keçirilir.

“Sıx duman, soyuq hava, sıldırım yamaclar, dar dağ yolları və sürətlə dəyişən dağ şəraiti görülən işləri daha da çətinləşdirir. Buna baxmayaraq, bu işlərə cəlb olunmuş heyət zəruri təhlükəsizlik qaydalarına əməl etməklə öz fəaliyyətini ardıcıl və məsuliyyətlə davam etdirir”, - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Dövlət Komissiyası bu gün daha bir açıqlama yayıb. Bildirilib ki, 31 avqust 2026-cı il tarixinə Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti