Britaniyanın baş naziri əsas müəssisələrin milliləşdirilməsi kursunu elan edəcək

Dünya xəbərləri Materials 31 Avqust 2026 23:41 (UTC +04:00)
Britaniyanın baş naziri əsas müəssisələrin milliləşdirilməsi kursunu elan edəcək

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Endi Börnem iqtisadi artımı stimullaşdırmaq məqsədilə bəzi əsas müəssisələrin milliləşdirilməsi ilə bağlı tədbirləri açıqlayacaq.

Bu barədə The Guardian qəzeti mənbələrə istinadən məlumat yayıb.

Börnem sentyabrın 1-də ölkənin baş naziri kimi ilk dəfə Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxış edəcək. Hökumət başçısının iş yerlərinin qorunması və əlavə investisiyaların cəlb edilməsi məqsədilə iqtisadiyyatın strateji sektorlarında daha çox müəssisənin dövlət nəzarətinə keçirilməsinin zəruriliyini vurğulayacağı gözlənilir.

Məlumata görə, Londonda və İngiltərənin cənubundakı yaxın qraflıqlarda su təchizatı xidmətləri göstərən "Thames Water" şirkəti milliləşdirilməsi nəzərdən keçirilən ilk müəssisə ola bilər. Şirkət son illərdə ciddi maliyyə çətinlikləri ilə üzləşib.

Nəşrin məlumatına görə, Börnem çıxışında, xüsusilə, ictimai nəqliyyatın özəlləşdirilməsinin vəd edilən nəticələri vermədiyini vurğulayacaq. Bununla əlaqədar olaraq, İngiltərənin şimalında və mərkəzi hissəsində getdikcə daha çox avtobus marşrutunun yaxın vaxtlarda dövlət nəzarətinə keçəcəyi gözlənilir. Baş nazir bəzi enerji şirkətlərinin də milliləşdirilməsi imkanını nəzərdən keçirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti