Benzema “Əl-Hilal” futbol klubundan ayrıldı

İdman Materials 31 Avqust 2026 07:04 (UTC +04:00)
Benzema “Əl-Hilal” futbol klubundan ayrıldı

Bakı. Trend:

Kərim Benzemanın Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundakı karyerası başa çatıb.

38 yaşlı hücumçu klub rəhbərliyi ilə müqavilənin vaxtından əvvəl ləğvi barədə razılığa gəlib.

Benzema gələcəyi ilə bağlı qərarını yaxın vaxtlarda açıqlayacaq. Onun qarşısında karyerasını başa vurmaq və ya Səudiyyə Ərəbistanında başqa klubda çıxış etmək variantları var.

Fransalı futbolçunun Avropaya qayıdışının isə gözlənilmədiyi bildirilir.

Qeyd edək ki, Benzema “Əl-Hilal”a 2026-cı ilin yanvarında keçib.

Xəbər lenti

Xəbər lenti