“Qalatasaray” “Göztəpə”ni məğlub edib - Türkiyə Super Liqası

İdman Materials 30 Avqust 2026 01:07 (UTC +04:00)
“Qalatasaray” “Göztəpə”ni məğlub edib - Türkiyə Super Liqası

Bakı. Trend:

Türkiyə Super Liqasının üçüncü turunda “Qalatasaray” doğma meydanda “Göztəpə”ni 3:2 hesabı ilə məğlub edib.

İstanbulun “RAMS Park” stadionunda keçirilən görüşdə hesabı 16-cı dəqiqədə “Göztəpə”nin yarımmüdafiəçisi Novatus Miroşi açıb. 33-cü dəqiqədə Davinson Sançes tarazlığı bərpa edib.

“Qalatasaray” 55-ci dəqiqədə Qabriel Sara ilə önə keçib. 63-cü dəqiqədə Viktor Osimhen penaltini dəqiq yerinə yetirərək hesabı 3:1 edib. “Göztəpə”nin hücumçusu Juan Santos isə 65-ci dəqiqədə fərqi azaldıb.

Turun digər matçında “Qaziantep” doğma meydanda “Rizespor”a 1:2 hesabı ilə uduzub.

Xəbər lenti

Xəbər lenti