"Qarabağ" "APOEL"in braziliyalı yarımmüdafiəçisi Dieqo Rosanı icarəyə götürüb

İdman Materials 30 Avqust 2026 12:22 (UTC +04:00)
"Qarabağ" "APOEL"in braziliyalı yarımmüdafiəçisi Dieqo Rosanı icarəyə götürüb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat verib.

23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, komandada 33 nömrəli forma ilə çıxış edəcək.

Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçunu transfer etmək hüququna malikdir.

2021-ci ildə “Qremio”dan “Mançester Siti”yə transfer olunan Rosa “Lommel” (Belçika), “Vizela” (Portuqaliya), “Bahia” və “İnter” (hər ikisi Braziliya) klublarında çıxış edib. O, 2025-ci ildə APOEL-ə keçib.

Yarımmüdafiəçi Braziliyanın U-16 və U-17 milli komandalarında da çıxış edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti