Bakı və Həştərxan arasında "Şimal-Cənub" dəhlizi üzrə yükdaşımaları müzakirə olunubджан и

İqtisadiyyat Materials 29 Avqust 2026 12:45 (UTC +04:00)
Bakı və Həştərxan arasında "Şimal-Cənub" dəhlizi üzrə yükdaşımaları müzakirə olunub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bakı və Həştərxan “Şimal-Cənub” dəhlizi üzrə yükdaşımaların inkişafını müzakirə edib.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Həştərxan vilayətinə səfər edib və regionun qubernatoru İqor Babuşkinlə görüşüb.

Qeyd olunub ki, işgüzar görüş zamanı tərəflər Azərbaycan ilə Həştərxan vilayəti arasında ticari-iqtisadi, mədəni və nəqliyyat sahələrində əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.

“Söhbət zamanı Həştərxan vilayəti ilə Azərbaycan arasında beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə yükdaşımaların inkişafına xüsusi diqqət yetirilib.

Görüşdə, həmçinin humanitar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. İqor Babuşkin birgə opera qala-konsertlərinin keçirilməsi, eləcə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Həştərxan Dövlət Opera və Balet Teatrının iştirakı ilə Bakıda Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq havada operaların səhnələşdirilməsi imkanının nəzərdən keçirilməsini təklif edib”, - deyə səfirlik bildirib.

“Azərbaycan Respublikası Xəzərdə bizim ən mühüm tərəfdaşımızdır. Hərtərəfli qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün bundan sonra da bütün səylərimi göstərəcəyəm”, - İqor Babukin vurğulayıb.

Səfirliyin məlumatına görə, qubernatorun dəvəti ilə Rəhman Mustafayev fəxri qonaq qismində Həştərxan Dövlət Opera və Balet Teatrının quruluşunda Nikolay Rimski-Korsakovun “Çar Saltanın nağılı” operasının premyerasında iştirak edib. “Premyera regionun mədəniyyət layihələrindən biri olan “Həştərxan Kremlində rus operaları” layihəsi çərçivəsində baş tutub”.

“Bundan əlavə, azərbaycanlı diplomat Həştərxanda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş obyektlərlə, o cümlədən Knyaz Vladimirin abidəsi və Bakı küçəsindəki infrastruktur obyektləri ilə tanış olub”, - deyə səfirlik məlumat verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti