Qobustanda yeni körpünün inşası davam etdirilir (VİDEO)

Cəmiyyət Materials 29 Avqust 2026 12:58 (UTC +04:00)
Qobustanda yeni körpünün inşası davam etdirilir (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrində, Qobustan qəsəbəsi ərazisində yeni körpünün inşası davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, mövcud körpü sökülüb, dayaqların inşası artıq başa çatdırılıb. Hazırda aşırım tirlərinin quraşdırılması işləri aparılır. Tikinti işlərinin yaxın müddətdə yekunlaşdırılması ilə ərazidə rahat və təhlükəsiz gediş-gəliş təmin olunacaq.

Qeyd edək ki, bundan əvvəl yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilib. Hazırda işlər əks istiqamətdə davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti