Cem Yılmaz xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 29 Avqust 2026 23:43 (UTC +04:00)
Cem Yılmaz xəstəxanaya yerləşdirilib

Bakı. Trend:

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmazın səhhətində problem yaranıb.

Aktyor ürək nahiyəsində yaranan problemlə əlaqədar təcili tibbi yardıma müraciət edib. O, bundan sonra xəstəxanaya aparılıb, müvafiq müayinə və müalicə prosesləri həyata keçirilib. Onun hazırda xəstəxananın reanimasiya şöbəsində olduğu bildirilib.

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Cem Yılmazın səhhəti ilə bağlı açıqlama yayıb. O, aktyorun vəziyyətinin yaxşı olduğunu diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti