Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 28 Avqust 2026 08:58 (UTC +04:00)
Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Trend:

Gecə saatlarında Şəkinin Cəyirli kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində Oğuz rayon sakinləri olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar 36 yaşlı Rahim Salamov, 37 yaşlı Nurlan Həsrətov və Musa Mirzəyevdir.

Hadisə şahidlərinin köməyindən sonra qəzada xəsarət alanlar avtomobildən çıxarılıb və təcili tibbi yardım briqadasına təhvil verilib. İlkin tibbi yardımlardan sonra yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxananın təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir, müayinə və müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti