Paşinyan Azərbaycandan elektrik enerjisi idxalının mümkünlüyündən danışıb

Dünya xəbərləri Materials 27 Avqust 2026 14:46 (UTC +04:00)
Paşinyan Azərbaycandan elektrik enerjisi idxalının mümkünlüyündən danışıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla elektrik enerjisi idxalı imkanlarını müzakirə edir.

Ermənistan KİV-in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.

“Elektrik enerjisinin ötürülməsinin müxtəlif rejimləri mövcuddur. Bəzən ölkələrdə artıq enerji, bəzən isə tələbat yaranır. Ermənistanın süni intellekt sahəsinə yatırdığı investisiyaları nəzərə alaraq, biz başa düşməliyik: zərurət yaranacağı təqdirdə, haradansa, o cümlədən Azərbaycandan elektrik enerjisi idxal etmək imkanımız olacaqmı?” – Paşinyan bildirib.

O, həmçinin Ermənistanın bu məsələləri Gürcüstan, Türkiyə və İranla müzakirə etdiyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti