"Barselona" fransalı müdafiəçini istəyir

İdman Materials 26 Avqust 2026 04:39 (UTC +04:00)
"Barselona" fransalı müdafiəçini istəyir

Bakı. Trend:

“Barselona” Aleks Baldenin bu yay komandadan ayrılacağı təqdirdə "Leyptsiq"in mərkəz müdafiəçisi Kastello Lukebanı transfer etməyi düşünür.

23 yaşlı futbolçunun müqaviləsində 80 milyon avroluq sərbəst qalma bəndi var. Bununla belə, Aımaniya klubu 45-50 milyon avroluq təklifi dinləməyə hazırdır.

Lukeba ötən mövsüm bütün yarışlarda 29 oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Fransa millisinin üzvü "Lion"da da oynayıb.

Xəbər lenti

Xəbər lenti