Canni İnfantino 211 ölkənin iştirakı ilə 15 yaşadək futbolçular arasında dünya çempionatının yaradılacağını açıqlayıb

İdman Materials 25 Avqust 2026 03:11 (UTC +04:00)
Canni İnfantino 211 ölkənin iştirakı ilə 15 yaşadək futbolçular arasında dünya çempionatının yaradılacağını açıqlayıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

anni İnfantino bu il ilk dəfə kişilər arasında 15 yaşadək futbolçuların dünya çempionatının keçiriləcəyini açıqlayıb və “4000-dən çox uşağın birlikdə futbol oynayacağı gənclik bayramı” vəd edib. FIFA prezidenti bu rəqəmi ona görə qeyd edib ki, dünya futbol qurumuna üzv olan 211 federasiyanın hamısının hələ formatı müəyyənləşdirilməmiş turnirdə iştirakı nəzərdə tutulur. Qadınlar arasında ilk belə turnirin isə 2027-ci ildə keçirilməsi planlaşdırılır.

56 yaşlı isveçrəli-italyan bu yeni layihəni, xüsusilə Dominikan Respublikasına səfəri də daxil olmaqla, Karib hövzəsinə səfəri çərçivəsində FIFA tərəfindən yayımlanan videoda açıqlayıb.

“Biz, futbol rəhbərləri, çox danışırıq. Bəzən topun bizim əvəzimizə danışmasına imkan verməliyik. Bu isə uşaqların oynamasına şərait yaratmaq deməkdir”, - deyə o, əvvəlcə bildirib.

Daha sonra İnfantino “resurslara — sponsorlara, yayımçılara və əldə olunan gəlirin 100 faizini yenidən idmana yatırmaq üçün səfərbər edə biləcəyimiz hər şeyə ehtiyac olduğunu” vurğulayıb. “Biz futbolu tamamilə qlobal etmək istəyirik”, - deyə o əlavə edib.

Canni İnfantino daha sonra dünya çempionatının özəl investorlara açılması ilə bağlı baş tutmayan layihəsi ətrafında yaranmış qalmaqala toxunub.

“Son həftələrdə çox şey baş verib və sizin bunları dinləməyiniz, həmçinin hisslərinizi ifadə edə bilməyiniz vacibdir. Ümumilikdə, vəziyyət çox müsbətdir. Burada aldığım bütün dəstəyə görə xoşbəxtəm. Mənə ünvanlanan bəzi suallar da var. Lakin təbii ki, mediada yayılan məlumatları nəzərə alsaq, bu suallar gözləniləndir. Əsas məsələ bu suallara düzgün şəkildə, vicdanımız rahat olmaqla cavab verə bilməkdir”, - deyə o, futbol dünyasının çoxsaylı nümayəndələrinin etirazlarından bəhs etmədən sözlərini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti