Bakı. Trend:
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” – İsrailin “Hapoel” (Beer-Şeva) qarşılaşmasının cavab matçına start verilib.
Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun saat 20:45-də başlayıb.
Matçın baş hakimi rumıniyalı FIFA referisi İştvan Kovaçdır.
Xatırladaq ki, komandalar arasında ilk görüş İsraildə keçirilib və “Sabah” həmin matçda rəqibinə 1:2 hesabı ilə uduzub.
xxx
20:18
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) matçında komandaların start heyətləri müəyyənləşib.
“Hapoel” meydana Ofir Marsiano, Pedro Amator, İtay Rotman, Migel Vitor, Qay Mizrahi, Eliel Perets, Lukas Ventura, Niv Yehoşuha, Zahi Ahmad, Ceyvon İst və İqor Zlatanoviçdən ibarət heyətlə çıxacaq.
Baş məşqçi: Ran Kojux.
“Sabah”ın start heyətində isə Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Ksander Severina və Coy-Lens Mikels yer alacaq.
Baş məşqçi: Valdas Dambrauskas.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək. Tərəflər arasında ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlib.
