Azərbaycanın sığorta şirkətlərinin 7 ay ərzində sığorta haqlarının həcminə görə renkinqi

İqtisadiyyat Materials 25 Avqust 2026 17:35 (UTC +04:00)
Azərbaycanın sığorta şirkətlərinin 7 ay ərzində sığorta haqlarının həcminə görə renkinqi
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Yeddi ay ərzində sığorta haqlarının həcminə görə Azərbaycanın sığorta şirkətlərinin renkinqi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 1,006 milyard manat məbləğində sığorta haqqı toplanılıb.

Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz çoxdur.

Bankın məlumatına görə, hesabat dövründə ən çox sığorta haqqı 472,142 milyon manat olmaqla “Paşa Həyat Sığorta” ASC tərəfindən toplanılıb. AMB-nin məlumatları göstərir ki, ikinci yerdə 248,908 milyon manat məbləğində sığorta haqqı toplayan “Paşa Sığorta” şirkəti, üçüncü yerdə isə 67,419 milyon manat göstərici ilə “Atəşgah Həyat” sığorta şirkəti qərarlaşıb.

Aşağıda 2026-cı ilin yanvar-iyul aylarında toplanmış sığorta haqlarının həcminə görə Azərbaycanın sığorta şirkətlərinin renkinqini təqdim edirik:

Şirkətin adı

Sığorta haqları (milyon manat)

"Paşa Həyat Sığorta"

472,142

"Paşa Sığorta"

248,908

"Atəşgah Həyat"

67,419

"Atəşgah"

50,491

"Qala Sığorta"

37,518

"Meqa Sığorta"

19,644

"Meqa Həyat Sığorta"

17,413

"Aqrar Sığorta"

16,940

"Azərbaycan Sənaye Sığorta"

16,390

"Xalq Sığorta"

16,014

"Qala Həyat"

15,710

" A-Qroup"

10,027

Xalq Həyat"

7,333

"AzSığorta""

4,750

Bu yaxınlarda Trend-ə eksklüziv müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Abas Miskərli Azərbaycanda sığorta bazarı sahəsində yeni islahatların hazırlandığını bildirib.

İcraçı direktor qeyd edib ki, Azərbaycanın sığorta qanunvericiliyində mütəmadi olaraq tətbiq edilən yeniliklər xarici tərəfdaşların da marağına səbəb olur.

"Azərbaycan Mərkəzi Bankı sığorta sektorunun inkişafı istiqamətində ardıcıl iş aparır. Qanunvericilikdəki dəyişikliklər, qarşılaşdığımız problemlər və onların həlli yolları digər ölkələr üçün də faydalı təcrübə rolunu oynayır", - deyə A.Miskərli qeyd edib.

O, həmçinin bildirib ki, yaxın vaxtlarda sığorta sektorunda bir sıra mühüm yeniliklər həyata keçiriləcək.

"Sığorta qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsi planlaşdırılır. Bu dəyişikliklərin bir hissəsi sığorta vasitəçilərinin fəaliyyətinə aid olacaq", - deyə o qeyd edib.

A.Miskərlinin sözlərinə görə, fiziki şəxslərin əmlakının icbari sığortası sisteminin təkmilləşdirilməsi istiqamətində də iş aparılır.

"Əmlakın icbari sığortasının modernləşdirilməsi nəzərdə tutulur. Məqsəd vətəndaşların, xüsusilə də katastrofik risklərdən daha etibarlı qorunmasını təmin etməkdir. Mövcud yanaşmaya əsasən, bu yeniliklərin sığorta haqlarının artmasına səbəb olmayacağı və əhali üçün əlavə maliyyə yükü yaratmayacağı gözlənilir. Əksinə, vətəndaşlar daha geniş sığorta təminatı əldə edəcəklər", - deyə o bildirib.

İcraçı direktor vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı sığorta bazarının peşəkar iştirakçıları üçün yeni tələblərin tətbiqini də planlaşdırır.

Xəbər lenti

Xəbər lenti