Bakı. Trend:
Avqustun 22-də ölkə ərazisini qasırğa bürüdükdən sonra Litvada ilk saatlarda təxminən 268 min abonentin elektrik enerjisi kəsilib, lakin artıq səhər saatlarına qədər onların yarıdan çoxunun elektrik təchizatı bərpa olunub.
Bu barədə LRT məlumat verib.
Məlumata görə, bəzi sakinlərə isə təmir işlərinin daha bir neçə gün davam edəcəyi barədə xəbərdarlıq edilib.
Zarasay rayonunun bir kəndində elektrik enerjisinin yalnız cümə gününə qədər bərpa olunacağı vəd edilir. Bir çox sakin su təchizatından da məhrumdur, belə ki, elektrik olmadığından nasoslar işləmir.
Anişçiai rayonunun meri Kyaştutis Tubis bildirib ki, qəzanın avqustun 28-dək aradan qaldırılacağı vəd edilir. Moletai rayonunda isə elektrik enerjisinin şənbə gününə, yəni avqustun 29-dək olmaya biləcəyi barədə xəbərdarlıq edilib.
