I yarımildə elektron satınalmaların həcmi 1,7 milyard manat olub

İqtisadiyyat Materials 25 Avqust 2026 13:00 (UTC +04:00)
I yarımildə elektron satınalmaların həcmi 1,7 milyard manat olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin I yarımili ərzində keçirilmiş 3 489 elektron satınalmanın məbləği 1,7 milyard manat təşkil edib.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub.

"Müasir rəqəmsal həllər əsasında formalaşan elektron satınalma ekosistemi vaxt, resurs və vəsaitlərin daha səmərəli idarə olunmasına imkan yaradır", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti