Bakı. Trend:
Yevlaxda avtomobil və motosikletin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Trend-in məlumatına görə, hadisə avqustun 23-də saat 11:00 radələrində Yevlax şəhərinin Füzuli küçəsində qeydə alınıb.
2005-ci il təvəllüdlü Yevlax rayon sakini Nazim İsayev etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Mahmud Kərimovun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü Mahmud Kərimov beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
O, avqustun 24-də saat 10:25-də xəstəxanada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
