Bakı–Ələt yolunda konuslar yola dağıldı, boya asfalta yayıldı – AYNA-dan açıqlama (VİDEO)

Cəmiyyət Materials 24 Avqust 2026 17:14 (UTC +04:00)
Bakı–Ələt yolunda konuslar yola dağıldı, boya asfalta yayıldı – AYNA-dan açıqlama (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bakı–Ələt–Qazax magistralının Ələt istiqamətində yolun nişanlanması zamanı hərəkət hissəsinə qoyulan konusların dağılması sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Trend-in məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Bildirilib ki, təxminən saat 15:30 radələrində magistralla Bakı istiqamətində hərəkət edən sürücülər yolun rənglənməsi işlərinin aparıldığı ərazidə hərəkət hissəsinə dağılmış konuslarla qarşılaşıblar. Görüntülərdən konusların avtomobillərin hərəkətinə mane olduğu, eyni zamanda yola çəkilən boyanın asfalt örtüyünə yayıldığı görünür.

Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, prosedura uyğun olaraq, boya çəkildikdən cəmi bir saat sonra konuslar yığılır.

Qeyd olunub ki, hadisə məhz həmin müddət ərzində baş verib.

“İriqabaritli nəqliyyat vasitəsi hərəkət zolağını dəyişib, bununla da həm konusları dağıdıb, həmçinin boyanın yayılmasına səbəb olub. Konuslar qısa müddətdə yoldan götürülüb”, - AYNA-dan bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti