Özbəkistan Mərkəzi Bankı 2027-ci ildə kibertəhlükəsizliyin qiymətləndirilməsi üzrə yeni sistem tətbiq edəcək

İqtisadiyyat Materials 25 Avqust 2026 14:27 (UTC +04:00)
Özbəkistan Mərkəzi Bankı 2027-ci ildə kibertəhlükəsizliyin qiymətləndirilməsi üzrə yeni sistem tətbiq edəcək
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Daşkənd. Trend:

Özbəkistan Mərkəzi Bankı gələn il maliyyə təşkilatlarının yetkinlik və kiberrisk səviyyəsinin qiymətləndirilməsi üzrə yeni sistem tətbiq etməyi planlaşdırır.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bu barədə Daşkənddən olan xüsusi müxbirinə Daşkənddə keçirilən İpək Yolu Maliyyəsi və Texnologiya Forumu çərçivəsində Özbəkistan Mərkəzi Bankının Kibertəhlükəsizlik Mərkəzinin CERT-CBU bölməsinin rəhbəri Mirzabek Bobojanov bildirib.

Onun sözlərinə görə, yeni sistem mövcud tənzimləyici tələblərdən fərqlənəcək və Mərkəzi Banka maliyyə təşkilatlarını onların fərdi kiberrisk və yetkinlik səviyyələrini nəzərə alaraq qiymətləndirməyə imkan verəcək.

“Biz gələn il istifadəyə verəcəyimiz və tətbiq edəcəyimiz yeni kibertəhlükəsizlik sistemi hazırlamışıq. O, tənzimləyici tələblərdən tamamilə fərqlənəcək”, - deyə Bobojanov bildirib.

O qeyd edib ki, yeni sistem kibertəhlükəsizliyin dörd yetkinlik səviyyəsini nəzərdə tutacaq.

“Sistem əhəmiyyətli bank ən sərt tələblərə əməl etməli olacaq. Müştərilərinin sayı çox olmayan və o qədər də rəqəmsallaşmamış bank daha aşağı səviyyəli tələblərə uyğun olacaq”, - deyə o izah edib.

Bobojanovun sözlərinə görə, belə yanaşma tənzimləyiciyə resursları kibertəhlükəsizlik və dələduzluq riskləri ən ciddi olan təşkilatlara yönəltməyə imkan verəcək.

“Biz bütün təşkilatları əhatə edə və onların hər birində audit keçirə bilmərik. Buna görə də bizim yanaşmamız daha çox risk və yetkinlik səviyyəsinə yönələcək”, - deyə o qeyd edib.

O əlavə edib ki, qiymətləndirmədən əvvəl tənzimləyici maliyyə təşkilatlarından zəruri sənədləri və onların kibertəhlükəsizlik sistemləri və prosesləri barədə məlumatları tələb edəcək.

Bundan sonra daha aşağı göstəricilərə malik təşkilatlar Mərkəzi Bankın yoxlamaları üçün prioritet obyektlərə çevriləcəklər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti