ABŞ İrana qarşı 5 sahədə sanksiyalar tətbiq edib

Dünya xəbərləri Xəbər 24 Avqust 2026 23:20 (UTC +04:00)
ABŞ İrana qarşı 5 sahədə sanksiyalar tətbiq edib

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı tətbiq olunan sanksiyaların siyahısını genişləndirib.

Bu barədə ABŞ-nin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İrana qarşı sanksiya siyahısına 48 hüquqi və 24 fiziki şəxs, eləcə də 6 neft tankeri əlavə edilib.

İranla əlaqəli rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya və gəmiçilik Amerika Birləşmiş Ştatlarının sanksiyalarına məruz qalan sektorlar arasında olacaq.

Bildirilib ki, İran bu sektorlardan iqtisadiyyatın inkişafı üçün istifadə edir.

Bundan əlavə, vurğulanıb ki, əvvəllər İrana müəyyən pul köçürmələrinə və bu ölkənin ABŞ-nin idman, mədəniyyət və təhsil sistemlərinə çıxışına icazə verən bir neçə lisenziya dayandırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti