Bakı. Trend:
Avqustun 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 29-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan
xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər
bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi bəzi yerlərdə
arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti, dağlarda
gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.
