Ukrayna və Finlandiya PUA birgə istehsalına dair sənədlər imzalayıblar

Dünya xəbərləri Materials 24 Avqust 2026 02:52 (UTC +04:00)
Ukrayna və Finlandiya PUA birgə istehsalına dair sənədlər imzalayıblar

Bakı. Trend:

Kiyev və Helsinki Ukrayna və Avropanın ehtiyacları üçün Finlandiyada pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalına dair sənədlər imzalayıblar.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 23-də öz “Telegram” kanalında məlumat verib. Zelenski bildirib ki, yerli şirkətlər Finlandiyada dronların hazırlanması və istehsalı ilə bağlı rəsmi razılıq əldə ediblər. Onun sözlərinə görə, tərəflər dəniz dronlarının istehsalında imkanları genişləndirmək, həmçinin yerüstü robot sistemlərinin istehsalı üçün müştərək müəssisələr yaratmaq barədə razılığa gəliblər. Ukrayna lideri bu tərəfdaşlığın ölkəsinin döyüş təcrübəsi ilə Finlandiyanın qabaqcıl texnologiyalarını birləşdirəcəyini vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl "Politico" qəzeti Pentaqonun Ukraynaya silah tədarükündə aparıcı rolundan imtina edəcəyini yazmışdı. Avqustun 16-da isə ABŞ-nin bir neçə departament və agentliyinin Ukraynaya silah tədarükü ilə bağlı eyni vaxtda 49 araşdırma apardığı məlum olub.

Xəbər lenti

Xəbər lenti