Qazaxıstanın Baş naziri Kurultay deputatlarının seçkilərində səs verib

Dünya xəbərləri Xəbər 23 Avqust 2026 09:42 (UTC +04:00)
Qazaxıstanın Baş naziri Kurultay deputatlarının seçkilərində səs verib
Alyona Pavlenko
Alyona Pavlenko
Beynəlxalq redaksiyanın jurnalisti Bütün xəbərlər

Astana. Trend:

Qazaxıstanın Baş naziri Oljas Bektenov Kurultay deputatlarının seçkilərində səs verib.

Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bu gün Qazaxıstanda 2026-cı il iyulun 1-də qüvvəyə minmiş yeni Konstitusiyada nəzərdə tutulan ölkənin birpalatalı parlamenti – Kurultaya seçkilər başlayıb.

Kurultayın tərkibinə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Seçkilər proporsional sistem üzrə keçirilir: deputatlar vahid ümummilli seçki dairəsində partiya siyahıları üzrə seçilirlər.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici siyahılarına 12 605 788 nəfər daxil edilib. Səsvermənin keçirilməsi üçün 10 423 seçki məntəqəsi hazırlanıb, onlardan 79-u xaricdəki 61 dövlətdə yerləşir.

Seçkilərdə yeddi siyasi partiya iştirak edir: “Әdilet”, Ümummilli Sosial-Demokrat Partiyası, Qazaxıstan Yaşıllar Partiyası “Baytak”, Qazaxıstan Xalq Partiyası, “Auıl”, Qazaxıstan Demokratik Partiyası “Ak jol” və “Respublica”.

Səsvermənin gedişini beynəlxalq ekspertlər müşahidə edirlər. Ümumilikdə 42 dövlətdən 777 beynəlxalq müşahidəçi qeydiyyata alınıb. Bundan əlavə, müşahidə missiyalarında 13 beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.

Kurultay əvvəllər Məclis və Senatdan ibarət olmuş Qazaxıstanın ikipalatalı Parlamentini əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti