Tərtər. Trend:
Tərtərdə baş verən yol qəzası zamanı piyada ölüb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Bayandurlu kəndi ərazisində qeydə alınıb.
Belə ki, Tərtər rayonunun Xoruzlu kənd sakini Tural Nəbiyev idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 55 yaşlı Əliyev Qəribxan Cavanşir oğlunu vurub.
Sürücü xəsarət alan piyadanı xəstəxanaya çatdırmağa çalışsa da, Qəribxan Əliyev yolda həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.
