Kamçatkada köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşı xilas edilib (YENİLƏNİB) (FOTO)

Hadisə Xəbər 22 Avqust 2026 17:46 (UTC +04:00)
Kamçatkada köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşı xilas edilib (YENİLƏNİB) (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Kamçatkada köməksiz vəziyyətdə qalmış Azərbaycan vətəndaşı Tatyana Dolivets xilas edildiklərini və təhlükəsiz yerə təxliyə olunduqlarını açıqlayıb.

Bu barədə o özünün "Instagram" hesabından paylaşım edib.

“Dəstəyə görə hamıya təşəkkürlər! Biz artıq isti yerdəyik. Qızınmaq üçün kiçik evimiz var, isti yataq kisələri və çadırlarla təmin olunmuşuq. Axşam yeməyi üçün isə bizə başqa düşərgədən yemək göndəriblər”, - deyə o paylaşımında bildirib.

xxx

14:17

Azərbaycan vətəndaşı, səyyah Tatyana Dolivets Rusiyanın Kamçatka bölgəsində bir qrup turistlə birlikdə köməksiz vəziyyətdə qalıb.

Səyyahın özünün sosial media hesabından yaydığı məlumata görə, turistlər Tanqivaşka çayı yaxınlığındakı Kleşnya dayanacağında təcrid olunublar.

Bildirilib ki, güclü sel nəticəsində yolun 30 kilometrlik geri dönüş hissəsi yuyulub, çay məcrasından çıxıb və ərazidən geri qayıtmaq mümkün deyil.

Dolivetsin sözlərinə görə, onun daxil olduğu turist qrupu 16 nəfərdən ibarətdir və onlar “Ural” markalı avtomobildədirlər. Ərazidə ümumilikdə təxminən 100 nəfərin xarici aləmlə əlaqəsinin kəsildiyi bildirilir. Onların arasında Azərbaycanla yanaşı, Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.

Səyyah qeyd edib ki, turistlərin ərzaq ehtiyatı cəmi bir günə kifayət edəcək.

T.Dolivets həmçinin internet bağlantısının olmadığını, mesajı göndərmək üçün xüsusi olaraq rabitənin mövcud olduğu yeganə yerə getdiklərini bildirib. O, bundan sonra internetə çıxışının olmayacağı üçün göndərilən mesajlara cavab verə bilməyəcəyini də qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti