Meksikada həbsxanada baş verən iğtişaş nəticəsində 10 nəfər həlak olub

Hadisə Xəbər 9 Oktyabr 2026 07:45 (UTC +04:00)
Meksikada həbsxanada baş verən iğtişaş nəticəsində 10 nəfər həlak olub

Bakı. Trend:

Meksikanın Sinaloa ştatında yerləşən “El-Kastilyo” həbsxanasında baş verən toqquşmalar nəticəsində 10 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Bu barədə regionun İctimai Təhlükəsizlik Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

“El-Kastilyo” penitensiar müəssisəsinin rəhbərliyi həbsxananın ərazisində dava baş verdiyini bildirib. Təəssüf ki, hadisə nəticəsində azadlıqdan məhrum edilmiş doqquz nəfər və onlardan birini ziyarətə gələn qohumu həyatını itirib. Daha 16 məhbus xəsarət alıb və onlara tibbi yardım göstərilməsi üçün müvafiq müəssisələrə çatdırılıblar”, – deyə bəyanatda qeyd olunub.

Qeyd olunub ki, vəziyyətin tənzimlənməsi üçün qurumlararası qrup cəlb edilib. Həbsxana hakimiyyət orqanlarının nəzarəti altındadır və burada təhlükəsizlik təmin olunur. Hadisə ilə bağlı məlumat araşdırmanın aparılması və təqsirkarların müəyyən edilməsi üçün ştatın Baş Prokurorluğuna göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti