Azərbaycan və Ermənistan nümayəndələri TRIPP çərçivəsində elektrik xətlərinin çəkilişini müzakirə edib

Siyasət Xəbər 8 Oktyabr 2026 16:05 (UTC +04:00)
Azərbaycan və Ermənistan nümayəndələri TRIPP çərçivəsində elektrik xətlərinin çəkilişini müzakirə edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə ediblər.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, 8 oktyabr 2026-cı il tarixində Ermənistanın Gorus şəhərində Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.

Görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, həmçinin bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Bildirilib ki, müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, TRIPP — “Trump Route for International Peace and Prosperity” (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”), Azərbaycanla Naxçıvanı Ermənistan ərazisindən keçməklə birləşdirəcək nəqliyyat bağlantısının inkişaf etdirilməsi təşəbbüsüdür. Layihə Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması və regional iqtisadi əlaqələrin genişləndirilməsi çərçivəsində gündəmə gəlib.

TRIPP ideyası 2025-ci ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında Vaşinqtonda keçirilən görüş zamanı imzalanmış Birgə Bəyannamədə öz əksini tapıb. Təşəbbüsün əsas məqsədlərindən biri Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının təmin edilməsidir.

Layihə yalnız avtomobil və dəmir yolu bağlantısı ilə məhdudlaşmır. TRIPP çərçivəsində enerji və kommunikasiya infrastrukturu ilə bağlı məsələlərin də nəzərdən keçirilməsi nəzərdə tutulur. Bu baxımdan Azərbaycan və Ermənistanın müvafiq strukturları arasında elektrik xətlərinin çəkilişi kimi texniki məsələlər üzrə görüşlərin keçirilməsi layihənin praktiki icra mərhələlərindən biri kimi qiymətləndirilir.

TRIPP-in həyata keçirilməsi Azərbaycan, Ermənistan və ABŞ arasında əldə olunmuş razılaşmalar əsasında regional nəqliyyat, enerji və iqtisadi əlaqələrin inkişafına yönəlib. Layihə çərçivəsində infrastrukturun qurulması, müvafiq qurumlar arasında koordinasiyanın təmin edilməsi və texniki məsələlərin razılaşdırılması istiqamətində işlərin aparılması nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti