Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb

İdman Xəbər 7 Oktyabr 2026 19:00 (UTC +04:00)
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda təşkil olunan dünya çempionatında bürünc medal qazanıb.

81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazarla üz-üzə gəlib.

Rəqibini ipponla məğlub edən Ömər Rəcəbli dünya çempionatının bürünc medalına sahib olub.

Bu gün 81 kiloqram çəki dərəcəsində mübarizə aparan digər Azərbaycan cüdoçusu Zelim Tçkayev isə final görüşünə çıxacaq.

Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8 finalda, Anna Zaytseva (63 kiloqram) isə 1/16 finalda məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Qeyd edək ki, Azərbaycan millisinin aktivində hazırda 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc medal qazanıb.

Dünya çempionatı oktyabrın 11-də başa çatacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti